Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Müstəqillik yolumuzun flaqmanı olan Möhtərəm Prezidentimizin alternativi yoxdur!

0





  •         Son günlər Azərbaycan Respublikasının Tovuz rayonu ərazisində Ermənistanla sərhəddə baş verənlər, mənfur düşmənimiz olan ermənilərin nə qdər məkrli və hiyləgər olduğunu bir daha sübut etdi. Məhz onların namərdcəsinə sərhəd postlarımıza hücumu nəticəsində yüksək çinli hərbçlərimiz düşmən hücumlarını dəf edərkən şəhid oldular. Bütün bunlara baxmayaraq qəhrəman əsgərlərimiz əks hücumla düşmənin layiqli cavabını verdi, düşmənin onlarla hərbi texnikası, döyüş postları, 100-ə yaxın canlı qüvvəsi məhv edildi. Bu, "Aprel döyüşləri"ndən sonra Azərbaycan ordusunun daha bir möhtəşəm qələbəsi idi. Məhz ona görə də Nazirlər Kabinetinin ölkə Prezidentinin sədrliyi ilə keçirilən son iclasında Cənab İlham Əliyev diqqəti bu məqama çəkdi. O, döyüşlər zamanı şəhid olmuş hərbçilərimizə Allahdan rəhmət dilədi və vurğuladı ki, ordumuz öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib. Eyni zamanda ölkə başçısı qeyd etdi ki, müəyyən qurumlar vardır ki, bu çətin vaxtlarda onların fəaliyyətini  qənaətbəxş hesab etmək olmaz. Prezident İlham Əliyev belə qurumların başında Xarici İşlər Nazirliyinin gəldiyini qeyd etdi və nazir Elmar Məmmədyarovu sərt şəkildə tənqid etdi. Bəli, burada ölkə Başçısı həddindən artıq haqlı idi və XİN-nin son illərdəki yarıtmaz fəaliyyəti göz qabağında idi. Məhz Xarici İşlər naziri Elmar Məmmədyarovun yarıtmaz fəaliyyətinin nəticəsində xarici siyasətdə ölkəmiz adına geriləmə hiss olunurdu. Dünya siyasi arenasında özünəməxsus dəst-xətti ilə yer alan Ümummilli Lider Heydər Əliyevin memarı olduğu, onun siyasi kursunu davam etdirən bir ölkədə belə astagəl məmurlara yer olmamalıdır. Məhz bu kimi amilləri əldə rəhbər  tutaraq cənab İlham Əliyev yubanmadan Elmar Məmmədyarovu tutduğu vəzifədən azad etdi.                                                                       
            Dost dar gündə tanınar deyib atalarımız. Doğrudan da bu fikir dost və qardaş Türkiyə Cümhuriyyəti dövlətinin Prezidenti cənab Ərdoğanın, Xarici İşlər naziri Mövlud Çavuşoğlunun bizim üçün bu çətin anlarda səsimizə səs verməsi, maddi və mənəvi şəkildə yanımızda olmalarını bəyan etmələri bir daha öz təsdiqini tapdı. Bir daha şahidi olduq ki, biz bir millət, iki dövlət olaraq hər an təkcə sözdə deyil, əməldə də bir-birimizin yanındayıq. Təşəkkür edirik əziz və dğma, Türkiyəmiz! Məlum olduğu kimi pandemiyanın tüğyan etdiyi, şərəfsiz və fürsətçil düşmənin ərazilərimizi işğal etdiyi, yenidən sərhədlərimizə hücum etdiyi bir zamanda Prezident İlham Əliyev tərəfindən daha bir uğurlu addım atıldı. Belə ki, Ceyhun Əziz oğlu Bayramov Cənab Prezidentin Sərəncamı ilə Xarici İşlər Naziri təyin olundu. Nəzərə alsaq ki, cənab Ceyhun Bayramov ölkə başçısının rəhbərliyi altında bu vəzifəyə təyin olunanadək ölkənin Təhsil Naziri vəzifəsində çalışıb və işlədiyi müddətdə təhsil sahəsində bir çox uğurlara imza ataraq islahatçı nazir imici ilə tanınıb, onda doğurdan da bu ən uğurlu bir kadr təyinatıdır. Hesab edirəm ki, bu təyinat qısa zaman kəsiyində öz bəhrəsini verəcəkdir. Bütün qeyd olunanlara nəzər saldıqda bir daha əmin olursan ki, qaragüruhun hay-küyünə baxmayaraq, Azərbaycan əmin addımlarla müstəqillik yolu ilə irəliləyir və bu yolun flaqmanı olan möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin alternativi yoxdur!



    Sevil Kərimova,

    Xocalı rayon ziyalısı


    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi4 il öncə
    İzlənib53 dəfə
    Müstəqillik yolumuzun flaqmanı olan Möhtərəm Prezidentimizin alternativi yoxdur!

    Maraqlı gələ bilər
    54
    67
    51